Image

Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Rusiya xarici işlər nazirlikləri Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada əməkdaşlığın inkişafını və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.Bu barədə Rusiya XİN xəbər verir.

Məsləhətləşmələrdə Türkiyənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarəsinin rəhbəri, səfir Mehmet Samsar və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak ediblər.

Tərəflər Mərkəzi Asiya və Cənubi Qafqazda kənar təşəbbüslərin yolverilməz olduğunu vurğulayıblar.

Bildirilib ki, bu çərçivədə tərəflər regional məsuliyyət prinsipi əsasında sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən perspektivli mexanizm kimi "3+3" Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlıdırlar.

Platformaya Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, İran və Türkiyə daxildir.

Mənbə: anews.az

Xəbər lenti