Image

Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Bayramov bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, o, Mirzoyanla sonuncu dəfə Bişkekdə görüşüb və tərəflər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas istiqamətlərindən biri iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin əldə olunmasıdır.

Mənbə: anews.az

Xəbər lenti