Image

Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat başlayır

 

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.

Valideynlər övladlarını 14 sentyabr saat 15:00-dan 25 sentyabr saat 15:00-dək “mygov” platforması vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Yeni maliyyələşmə modelinin 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlərin seçim imkanlarının artırılması və xidmətlərə əlçatanlığın yaxşılaşdırılması məqsədi daşıdığı bildirilib.

Model çərçivəsində dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi və valideynlər üçün əlavə məktəbəqədər təhsil imkanlarının yaradılması nəzərdə tutulur.

Mənbə: anews.az

Xəbər lenti