Eldar Salahov: Bakı Limanında gəmi qəbulu ilə bağlı məhdudiyyət yoxdur
Xəzər dənizində su səviyyəsinin azalması qlobal ekoloji çağırışdır və bütün Xəzəryanı ölkələr üçün mühüm məsələdir. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının baş direktoru Eldar Salahov bildirib.
O bildirib ki, hazırda su səviyyəsinin azalması ilə bağlı Bakı Limanında texniki və gəmi qəbulu baxımından məhdudiyyət müşahidə olunmur.
Onun sözlərinə görə, mümkün risklərin qarşısının alınması üçün liman tərəfindən qabaqlayıcı tədbirlər görülür. Bu çərçivədə dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilib və nəticələr hazırda qiymətləndirilir.
Salahov qeyd edib ki, 2026-cı ilin sonlarında beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi işlərinə başlanılması planlaşdırılır. Prosesin təxminən 1 il yarım davam edəcəyi nəzərdə tutulur.
Mənbə: anews.az