Orta Dəhliz üzrə yükdaşımalar 11 % artıb
2026-cı ilin yanvar-avqustunda Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Express” MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda CICA çərçivəsində keçirilən “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövründə Orta Dəhliz üzrə 48 326 TEU yük daşınıb. Beləliklə, 2026-cı ilin ilk 8 ayında yükdaşımaların həcmi illik müqayisədə 11 % artıb.
Məcidov qeyd edib ki, 2026-cı ildə Orta Dəhliz üzrə daşımaların əsas hissəsi Şərq-Qərb istiqamətinin payına düşüb. Hesabat dövründə bu istiqamətdə 42 642 TEU, Qərb-Şərq istiqamətində isə 10 932 TEU yük daşınıb.
Baş əməliyyat inzibatçısının sözlərinə görə, ötən ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə 265 konteyner blok-qatarı təşkil edilib. 2026-cı ilin ilk 8 ayında isə blok-qatarların sayı 78 qatar və ya 29 % artaraq yüksəlib.
Aytac
Mənbə: anews.az