Şəmkirdə avtomobil yanıb
Şəmkir rayonunda “VAZ 2109” markalı avtomobil yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
İlkin məlumata görə, avtomobil hərəkətdə olarkən anidən alışıb.
Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Görülən tədbirlərə baxmayaraq, avtomobil tamamilə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə: anews.az