Image

Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının Xətai və Nizami rayonlarında iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə sentyabrın 10-u saat 09:00-dan başlanılacaq.

Xətai rayonundakı Kazımağa Kərimov küçəsində hərəkət qismən, Nizami rayonunun Keşlə qəsəbəsindəki 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

AAYDA sürücüləri sözügedən ərazilərdə hərəkət zamanı diqqətli olmağa və aparılan işlərə anlayışla yanaşmağa çağırıb.

Mənbə: anews.az

Xəbər lenti

Şəmkirdə avtomobil yanıb