Image

Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti