Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
2026-cı ilin yanvar-avqustunda Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçilik məhsullarının istehsalı isə 3,1 % çoxalıb. Məhsulun 50 %-i bitkiçiliyin, 50 %-i heyvandarlığın payına düşüb.
Hesabat dövründə diri çəkidə 396,1 min ton ət, 1 milyon 494,6 min ton süd, 1 milyard 625,7 milyon ədəd yumurta, 13,9 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,2 %, süd istehsalı 0,1 %, yumurta istehsalı 1,2 % artıb, yun istehsalı 3,1 %, barama istehsalı isə 16,5 % azalıb.
Mənbə: anews.az