“PAŞA Kapital” idarəetmə strukturunu dəyişib
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yeni idarəetmə modelinə keçərək fəaliyyət istiqamətlərini beş blok üzrə bölüşdürüb. Bu barədə şirkətdən bildirib.
Yeni struktur dəyişən biznes mühitinə uyğunlaşmanı, qərarların qəbulunun sürətləndirilməsini və funksiyalar arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Yeni modelə əsasən, Orxan Salayev Strategiya, Kommersiya və Biznesin İnkişafı, Zaur Bağırov İnformasiya Texnologiyaları və Rəqəmsal Həllər, Gülşən Cumayeva Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək, Orxan Səfərov Korporativ İdarəetmə, Risk və Komplayens, Özal Talıblı isə Maliyyə, İnvestisiya və Əməliyyatlar blokuna rəhbərlik edəcək.
Şirkətin baş icraçı direktoru İsi Mustafayev, onun müavini isə Elnur Fətullayevdir.
“Yeni struktur yalnız funksiyaların yenidən bölüşdürülməsi deyil, ‘PAŞA Kapital’ın növbəti inkişaf mərhələsi üçün daha çevik və effektiv idarəetmə modelinin formalaşdırılmasıdır”, — Mustafayev bildirib.
Onun sözlərinə görə, dəyişikliklər müştəri ehtiyaclarına daha çevik cavab verməyi, şirkətin inkişafını sürətləndirməyi və kapital bazarında yaradılan dəyəri artırmağı hədəfləyir.
Yeni struktur “PAŞA Kapital”ın 2026-2029-cu illəri əhatə edən strategiyasının əsas elementlərindən biridir. Strategiyada rəqəmsal həllərin genişləndirilməsi, müştəriyönümlü yanaşmanın gücləndirilməsi və əməliyyat səmərəliliyinin artırılması nəzərdə tutulur.
Mənbə: anews.az