Image

ABŞ səfirliyi Azərbaycana təşəkkür edib

ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları 2001-ci il 11 sentyabr terror hücumlarında və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad ediblər.Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, səfirliyin əməkdaşları hücum qurbanlarını, onların ailələrini, təhlükə qarşısında cəsarət göstərən ilk müdaxilə edənləri və həmin faciədən sonra həyatları dəyişən insanları yad etmək üçün bir araya gəliblər.

Paylaşımda 11 sentyabr hücumlarından sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrinin ABŞ-yə göstərdiyi həmrəylik də xatırladılıb.

“ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq”, - səfirliyin paylaşımında deyilir.

Mənbə: anews.az

Xəbər lenti