Image

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir sıra Avropa liderləri ilə görüşəcəyini bildirib.

Tramp bunu İrlandiyaya yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.

"Avropa liderləri və digərləri ilə görüşəcəyik. Buna görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət aparırıq", - Tramp bildirib, lakin görüşəcəyi liderlərin adlarını açıqlamayıb.

Ağ Ev daha əvvəl Trampın 12 və 13 sentyabr tarixlərində İrlandiyada olacağını, onun xüsusilə Baş nazir Mixol Martinlə görüşəcəyini və qolf turnirinə qatılacağını bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq