Image

İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır

İraq Səudiyyə Ərəbistanına edilən son pilotsuz uçuş aparatı (PUA) hücumlarından sonra ehtiyat tədbiri olaraq İranla sərhəddə yerləşən “Şələmçə” sərhəd-keçid məntəqəsinin bağlanmasına göstəriş verib.Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İraqda Səudiyyə Ərəbistanına edilən hücumların arxasında duran şəxslərin müəyyənləşdirilməsi və saxlanılması məqsədilə genişmiqyaslı əməliyyat keçirilir.

Səudiyyə Ərəbistanı daha əvvəl bildirib ki, ölkənin şərqindəki neft yataqlarını qərbdəki limanlarla birləşdirən “Şərq-Qərb” neft kəməri İraq ərazisindən buraxıldığı bildirilən PUA-ların hücumuna məruz qalıb.

İraqın Baş naziri Əli əl-Zaidi hücumla bağlı dərhal araşdırma aparılması və PUA-ların kim tərəfindən buraxıldığının müəyyənləşdirilməsi barədə göstəriş verib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq