Image

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb

Səudiyyə Ərəbistanında sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra “Şərq-Qərb” neft kəmərinin Ər-Riyad və Mədinə bölgələrində fəaliyyəti ehtiyat tədbiri olaraq dayandırılıb.Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hücumlar nəticəsində bir neçə nəfər yaralanıb və onlara tibbi yardım göstərilir.

Bildirilib ki, qəza və texniki xidmət qrupları hücumlardan dərhal sonra əraziyə cəlb olunub. Kəmərin təhlükəsizliyinin təmin edilməsi və vəziyyətinin qiymətləndirilməsi üçün zəruri tədbirlər görülüb.

Nazirlik kəmərin fəaliyyətinin bərpası ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti