Image

Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Rusiyanın Tatarıstan Respublikasının Saba rayonunda “Cessna-172” tipli yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin həyətinə düşüb, nəticədə pilot və sərnişin həlak olub.Bu barədə Tatarıstan Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, qəza Saba rayonunda baş verib. Hadisə nəticəsində təyyarədə olan iki nəfər – pilot və sərnişin ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq