Image

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşana qədər Bakının Sabunçu rayonunun R. Axundov, Oktyabr, N. Zeynalova küçələrinin, Yeni yaşayış massivinin, Xətai rayonunun M.Hadi , A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qazla təchizatı dayandırılacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq