Image

2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq

Azərbaycan 2027-ci ildə media və informasiya sektorunda iki proqramın həyata keçirilməsinə 68,5 milyon manat ayırmağı planlaşdırır. Bu barədə Maliyyə Nazirliyinin 2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir. Bu məbləğ 2026-cı ilin dövlət büdcəsində televiziya, radio və nəşriyyat fəaliyyəti üçün nəzərdə tutulan 78,7 milyon manatla müqayisədə 10,2 milyon manat və ya 13% azdır. 2025-ci ildə televiziya və radio yayımına dövlət büdcəsindən ümumilikdə 65,1 milyon manat ayrılmışdı. Azərbaycanın 2027-ci il dövlət büdcəsinin ümumi xərclərinin 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Media və informasiya sektoruna nəzərdə tutulan vəsait ümumi büdcə xərclərinin təxminən 0,16%-ni təşkil edəcək. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq