Image

Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bundan əvvəl 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq