Bu qonşu ölkədə “Hepatit B”yə qarşı pulsuz dərman veriləcək
Sentyabr ayından etibarən Gürcüstan vətəndaşlarına "Hepatit B" virusuna qarşı pulsuz dərman veriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib. "Son məlumatlara görə, ölkədə 80 min insan bu xəstəlikdən əziyyət çəkir. Xəstələrin pulsuz ala biləcəyi dərmanlar bahadır", - deyə nazir müavini qeyd edib. Qeyd edək ki, Gürcüstanda "Hepatit B" ilə mübarizə üzrə dövlət proqramına profilaktika, diaqnostika və müalicə daxildir. BAKU.WSMənbə: baku.ws