Nikol Paşinyan Türkiyədə səfərdədir - Video
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində səfərdədir.
Oxu.Az xəbər verir ki, bu barədə N.Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.
Ermənistan liderinin Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak edəcəyi gözlənilir.