Image

İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib

İran Hörmüz boğazında yerləşən Omanın Didamar adasında gəmi naviqasiya sistemlərinə zərbə endirib.Bu barədə "Reuters" hadisə ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hücum Tehranın Fars körfəzindən neft tədarükünün bərpası prosesində iştirak edən infrastrukturu hədəfə almaq imkanlarını nümayiş etdirib. Bununla belə, dəymiş ziyanın miqyası hələlik məlum deyil. "Reuters" naviqasiya sistemlərinin məhv edilib-edilmədiyini müstəqil şəkildə təsdiqləyə bilməyib.

Daha əvvəl İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adadakı düşmən naviqasiya sistemlərinə hücum edərək onları sıradan çıxardığını bildirib.

"Reuters"in nəzərdən keçirdiyi videomateriallarda ada üzərində tüstünün yüksəldiyi görünür. Peyk görüntülərində də istilik aktivliyi qeydə alınıb.

Gəmiçilik və dəniz təhlükəsizliyi sektorundakı mənbələr hesab edirlər ki, bölgədə alternativ naviqasiya sistemləri fəaliyyət göstərdiyindən hücumun kommersiya gəmiçiliyinə təsiri məhdud ola bilər.

Hadisə Fars körfəzindən neft ixracının tədricən bərpası fonunda baş verib. Region ölkələri Oman və BƏƏ sahillərində gəmidən gəmiyə neft transferləri də daxil olmaqla, alternativ təchizat marşrutlarından istifadə edirlər. ABŞ hərbçiləri də Hörmüz boğazından keçən kommersiya gəmilərinə yardım göstərirlər.

Mənbə: anews.az

Xəbər lenti

Bir evdən iki meyit tapıldı

Zelenski Dublinə gedib