İqtisad Universitetinin təmirinə 10 milyona yaxın pul xərclənəcək
Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.
Gundem.az xəbər verir ki, təmir işlərini "Koneks Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti aparacaq.
Şirkət universitetdə aparılacaq təmir işlərinə mumilikdə 9 milyon 735 min 844 manat xərc çəkəcək.
Yeri gəlmişkən, təmirə avqustun 4-dən başlanması, işlərin sentyabrın 30-da tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, “Koneks Construction” MMC-nin dövlətə vergi borcu yoxdur. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Şirkətin nizamnamə kapitalı isə 10 manat təşkil edir.