Image

ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkəyə viza qadağasını ləğv edib

ABŞ məhkəməsi Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsinin dayandırılmasını nəzərdə tutan siyasəti qanunsuz hesab edərək ləğv edib.Bu barədə "Reuters" məlumat yayıb.

ABŞ-nin Nyu-York Cənub Dairə Məhkəməsinin hakimi Jannet Varqas qərarında siyasətin dövlət katibi Marko Rubionun qanuni səlahiyyətlərini aşdığını və federal immiqrasiya qanunvericiliyinə zidd olduğunu bildirib.

"Məhkəmənin qərarı 75 ölkədən müraciət edən şəxslərə immiqrant vizalarının verilməsinin tamamilə dayandırılması siyasətini ləğv etməlidir, çünki bu siyasət qanunsuzdur və səlahiyyətlərdən sui-istifadədir", - qərarda deyilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub