Image

Süni intellekt oyuncaqlarında Azərbaycan dilinin aktivləşdirilməsi vacibdir - Deputat

Valideyn öhdəlikləri arasında uşaqlara ana dilinin, xüsusilə Azərbaycan dilinin öyrədilməsi mütləq şərt kimi nəzərdə tutulmalıdır. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, bəzən valideynlər uşaqları xarici dillərdə danışan dayələrə əmanət edirlər, nəticədə uşaqlar yalnız böyüdükdə Azərbaycan dilini öyrənməyə başlayırlar, bu isə onların təhsil, tərbiyə və sosial inteqrasiyasına mənfi təsir göstərir.

Həmzəyev əlavə edib ki, uşaqların formalaşmasında vacib rol oynayan dayələr və digər baxıcılara Azərbaycan dilinin bilməsi öhdəlik kimi qoyulmalıdır.

Deputat həmçinin vurğulayıb ki, süni intellektlə işləyən oyuncaqlarda da dil məsələsinə ciddi nəzarət tətbiq edilməlidir. Məsələn, BigiOne, Alisa, Miki3, Loona və digər interaktiv oyuncaqlarda Azərbaycan dili aktivləşdirilməlidir.

O, qeyd edib ki, uşaqların Mavi ekrandan istifadəsi məhdudlaşdırılmalı və valideyn öhdəlikləri qanunla müəyyənləşdirilməlidir.

Deputatın təklifinə görə, qanun layihəsinə “Uşaqların yaş qrupları üzrə əsas hüquq və vəzifələri” cədvəli əlavə olunmalıdır, bu da uşaqların hüquqlarının daha aydın və konkret şəkildə qorunmasına xidmət edəcək.

Gülnar Nazimqızı 

Xəbər lenti