Image

Vətəndaşlar ən çox bu xəstəliklərə görə İcbari Tibbi Sığortaya müraciət ediblər

TƏBİB tabeli dövlət tibb müəssisələrində ödənişə görə ilk 5 diaqnoz qrupu qan dövranı, həzm, tənəffüs, sidik-cinsiyyət və endokrin sisteminin xəstəlikləri, eləcə də maddələr mübadiləsi və qidalanma pozuntuları ilə bağlıdır.

Bu barədə BAKU,WS-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.

Özəl tibb müəssisələrində ödənişə görə ilk 5 diaqnoz qrupu isə qan dövranı sisteminin xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, həzm və sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri və həzm sisteminin xəstəlikləridir.

Şahanə Xankişiyeva

Xəbər lenti

Ən səmimi bürclər