Image

Şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır - Açıqlama

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbində bir şagirdin fiziki zorakılığa məruz qalması iddia edilir. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumatlara görə, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudir.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi bildirib ki, hazırda araşdırma aparılır.

 “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün çəkildiyi vaxtı dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Direktorun bu hadisədə iştirakının dəqiq olub-olmadığı nəzarətə götürülüb.Yayılan görüntü ilə bağlı araşdırma zamanı hadisənin bütün detallarının müəyyən ediləcəyi və ictimaiyyətə məlumat veriləcəyi bildirilir,” — idarənin məlumatında qeyd olunub.

Xəbər lenti