Image

İran XİN naziri sabah Türkiyəyə gedir

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sabah rəsmi səfərlə Türkiyəyə gedəcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində İran və Türkiyə XİN başçıları, Hakan Fidan və Abbas Əraqçi, bölgədəki mövcud vəziyyət, iki ölkə arasında münasibətlərin regional təhlükəsizlik, sabitlik və rifah baxımından əhəmiyyəti, sərhəd ticarət mərkəzləri, ticarət, enerji, nəqliyyat və bağlantılılıq sahələrində əməkdaşlığın gücləndirilməsi kimi məsələləri müzakirə edəcəklər.

Rəsmi açıqlamada görüşün, iki ölkə arasında strateji dialoqun davam etdirilməsi və regional əməkdaşlığın artırılması baxımından vacib olduğu vurğulanıb.

Xəbər lenti