Bu şəxslərə çuğundur YEMƏK OLMAZ
Mütəxəssislər bildirirlər ki, çuğundur böyrək daşı xəstəliyi və hipotoniya (aşağı təzyiq) zamanı yemək üçün uyğun deyil.
BAKU.WS xəbər verir ki, böyrək daşı xəstələrində çuğundurdakı oksalatlar daş əmələ gəlməsini stimullaşdırır, aşağı təzyiqi olanlarda isə təzyiqi daha da aşağı sala bilər.
Çuğundur həmçinin mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet və allergiyası olan insanlar tərəfindən məhdud miqdarda qəbul edilməlidir.
Vitamin ehtiyatını doldurmaq üçün faydalı və ucuz məhsullar arasında dəniz kələmi və paxlalılar da tövsiyə olunur. Məsələn, dəniz kələmi gündəlik yod ehtiyacının böyük hissəsini qarşılayır və maqnezium, dəmir, kalium, A, E, K və B qrup vitaminləri ilə zəngindir. Paxlalılar isə bitki mənşəli zülal və lif mənbəyi hesab olunur.