Image

Təbriz küçəsində YENİLİK OLACAQ

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək:

"Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır. Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və "Qış parkı" optimal şəkildə birləşdirilir".

"Bakının piyadalar üçün rahat və təhlükəsiz şəhərə çevrilməsi istiqamətində bir çox işlər görülür. Küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir. Artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb. Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb. Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyarbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edilib. Bu küçələrin piyadaların istifadəsinə verilməsi təmin edilib. Həmçinin metronun "28 May" stansiyasının qarşısındakı ərazidə piyada infrastrukturu üçün imkanlar yaxşılaşdırılıb", - deyə məlumatda vurğulanıb.

Banu Hüseynli

Xəbər lenti