Image

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin fəaliyyətini audit edib

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinə dair audit həyata keçirib.

Audit nəticələri qurumun bugünkü Kollegiya iclasında təqdim olunub. İclas zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirlik tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilib.

Həmçinin iclasın ikinci hissəsində 2026-cı ilin İş Planına uyğun olaraq bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.

Xəbər lenti