“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri saxlanılıb
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, saxlanılanlar Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğludur.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci, 145.2.1 və 145.2.4-cü maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.