Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Aprelin12-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi fəaliyyətini bərpa edib.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək.Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq səfirliyin fəaliyyəti mərhələli şəkildə genişləndiriləcək.
Səfirliyin fəaliyyəti İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan edilməsindən qısa müddət sonra bərpa olunub.
Azərbaycan tərəfi regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bəyan edib.