Image

Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb

Ağcabədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2107-də olan iki nəfər həyatını itirib.

Ölənlərin qardaş olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti