Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Qaradağ rayonunda yerləşən Otman Bozdağ Palçıq Vulkanında sentyabrın 26-da saat 07:32 radələrində püskürmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranan geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
***
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.
Mənbə: anews.az