Image

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb.Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti qeyd olunub, Azərbaycan-Suriya münasibətlərinin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi bildirilib.

Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Prezidenti Əhməd Əl Şaraa arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Azərbaycan təbii qazının Suriyaya tədarükü iqtisadi əməkdaşlığın praktiki nəticələrindən biri kimi qiymətləndirilib. Həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş layihə də daxil olmaqla, humanitar təşəbbüslərin əhəmiyyəti qeyd olunub.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov da iştirak edib.

Mənbə: anews.az

Xəbər lenti