Image

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Görüşdə Bakıda Formula 1 yarışlarının hər il yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Formula 1 yarışlarının Azərbaycanın turizm potensialının təbliğində əhəmiyyəti vurğulanıb.

Görüşdə FIA ilə Azərbaycan Avtomobil Federasiyası və ölkədəki avtomobil klubları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub, tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Mənbə: anews.az

Xəbər lenti