Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası və regionda döyüşlərin dayandırılması ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib.
Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Müvafiq suala cavabında ABŞ Prezidenti “Mən onların təklifini rədd edirəm”, – deyib.
Trampın sözlərinə görə, Tehran Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutan razılaşma əldə etməyə çalışır.
“Onlar razılaşma əldə etmək istəyirlər və məncə, bu, normaldır. Mən də razılaşmalar bağlamağı sevirəm, amma belə bir razılaşma qəbuledilməz olardı”, – deyə Tramp bildirib.
Mənbə: anews.az