Image

Nazir: “Bol ruzili və bərəkətli bayram arzu edirik” - VİDEO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yel çərşənbəsi münasibətilə paylaşım edib.

Nazir özünün “X” hesabında etdiyi paylaşımda bildirib ki, bu çərşənbədə əsən küləklər bahar hərarətinin, təravətin və bərəkətin müjdəçisi kimi səciyyələnir.

“Novruz çərşənbələrinin hər biri zəngin məzmunu və özünəməxsus adətləri ilə fərqlənir. Bu gün ölkəmizdə Yel çərşənbəsi qeyd edilir. Bu çərşənbədə əsən küləklər bahar hərarətinin, təravətin və bərəkətin müjdəçisi kimi səciyyələnir. Bol ruzili və bərəkətli bayram arzu edirik. Çərşənbəniz mübarək!” - deyə o qeyd edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub