Rusiyanın ABŞ-dəki səfiri ölüb
Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev vəfat edib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, Darçiyev təcrübəli diplomat, rəhbər və Amerika məsələləri üzrə mütəxəssis olub.
“Görkəmli diplomat, təcrübəli rəhbər, mehriban yoldaş və müəllim aramızdan ayrıldı. Əsl peşəkar və Amerika məsələləri üzrə parlaq mütəxəssis olan A. N. Darçiyev Rusiya xarici siyasətinin ən mühüm istiqamətlərindən birində çalışırdı”, – deyə məlumatda qeyd olunub.
Mənbə: anews.az