Image

Sahibə Qafarova Belçika Senatının sədri ilə görüşüb

Türkiyənin İstanbul şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Senatının sədri Vinsent Blondel ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə parlamentlərin dialoq və qarşılıqlı anlaşmaya töhfə verən mühüm platformalar olduğu qeyd olunub. PAİ-nin bu istiqamətdə rolu vurğulanıb.

Qafarova Azərbaycan ilə Belçika arasında, o cümlədən parlament sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu bildirib.

O, həmçinin regionda baş verən proseslər və Ermənistan-Azərbaycan normallaşma prosesi barədə məlumat verərək, birtərəfli yanaşmaların bu prosesə mane olduğunu qeyd edib.

Qafarova Ermənistan parlamentinin spikeri ilə görüşünün qarşılıqlı etimadın artırılmasına xidmət etdiyini bildirib və parlament diplomatiyasının bu məqsədə yönəlməli olduğunu vurğulayıb.

Tərəflər digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Tramp İrana təşəkkür edib