Image

Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Baş katibinin müavini və Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan–NATO tərəfdaşlığının Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində uzunmüddətli əməkdaşlığa əsaslanaraq inkişaf etdirilməsi müzakirə olunub.

Tərəflər enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı regiondakı son proseslər, o cümlədən Ermənistanla normallaşma prosesi, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də davamlı sülh istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Həmçinin qlobal təhlükəsizlik çağırışları müzakirə olunub, Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb