Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Rusiya Müdafiə Nazirliyinin Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən Avropa müəssisələrinin ünvanlarını açıqlamasından sonra izahat vermək üçün nazirliyə çağırıb.Bu barədə Almaniya XİN-in “X” sosial şəbəkəsində məlumat verilib.
Berlin bu addımı “təhdid və casusluq fəaliyyətləri” kimi qiymətləndirir və belə halların qəbuledilməz olduğunu bildirib.
Nazirlik bəyan edib ki, Almaniya “özünü qorxutmağa imkan verməyəcək” və ölkə ərazisində hər hansı təhdidə qarşı tədbir görəcək.
Rusiya Müdafiə Nazirliyi aprelin 15-də Avropa İttifaqı ərazisində Ukrayna üçün dron istehsal edən müəssisələrin adlarını və ünvanlarını dərc etmişdi.