Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
ABŞ Prezidenti Donald Tramp bəzi media orqanlarının yaydığı məlumatların əksinə olaraq, ABŞ-nin İrana qarşı müharibədə üstünlük qazandığını bildirib.Bu barədə o, Truth Social hesabında paylaşım edib.
“Mən bu müharibəni böyük fərqlə qazanıram. İşlər çox yaxşı gedir. Silahlı Qüvvələrimiz inanılmaz dərəcədə yaxşı çıxış edib. Saxta xəbərləri oxusanız, müharibəni uduzduğumuzu düşünərdiniz. Düşmən çaşqınlıq içindədir, çünki onlar da eyni media məlumatlarını alırlar”, - deyə Tramp qeyd edib.