Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Yerli özünüidarəetmə orqanlarının səmərəliliyinin artırılması üçün maliyyə imkanlarının genişləndirilməsi və idarəetmədə islahatların dərinləşdirilməsi vacibdir. Bunu Milli Məclisin deputatı Vasif Qafarlı bildirib.
Deputatın sözlərinə görə, bələdiyyələrin yerli vergi və rüsumların toplanmasında daha effektiv mexanizmlər tətbiq etməsi, eləcə də dövlət dəstəyinin şəffaflığının artırılması prioritet istiqamətlərdən olmalıdır.
Qafarlı əlavə edib ki, rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron xidmətlərin tətbiqi və “ağıllı idarəetmə” sistemlərinin qurulması vətəndaş məmnuniyyətini yüksəldə bilər.
Onun sözlərinə görə, yerli idarəetmədə kadr potensialının gücləndirilməsi üçün davamlı təlimlərin təşkili, ictimai dinləmələrin genişləndirilməsi və vətəndaşların qərarvermə prosesinə daha aktiv cəlb olunması da mühüm əhəmiyyət daşıyır.
Deputat həmçinin bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsinin və koordinasiyanın gücləndirilməsinin regional inkişaf layihələrinin səmərəliliyinə töhfə verəcəyini qeyd edib.
Gülnar Nazimqızı