Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı İvett Kuper ilə görüşüb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Hakan Fidan London səfəri çərçivəsində Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper ilə bir araya gəlib", - XİN-in məlumatında bildirilib.
Görüş zamanı Türkiyə ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb.
Sənəd Türkiyə ilə Böyük Britaniya arasında müdafiə, ticarət və enerji kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib və iki ölkə arasında strateji əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyır.