Qaradağda torpaq uçqunu: 1 nəfər ölüb, 1 nəfər xilas edilib/Video
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində qazıntı işləri zamanı torpaq qatının çökməsi nəticəsində iki nəfər torpaq altında qalıb, onlardan biri ölüb, digəri xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən torpaq uçqunu nəticəsində iki nəfərin torpaq altında qaldığı müəyyən edilib.
Xilasedicilərin keçirdiyi əməliyyat nəticəsində bir nəfər sağ çıxarılıb, digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.