Image

Qubada zəlzələ olub - Yenilənib

Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb, dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində, 13 kilometr dərinlikdə baş verib.

FHN bildirib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə indiyədək nazirliyə məlumat daxil olmayıb.

***

Quba rayonunda zəlzələ qeydə alınıb.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:56-da baş verən zəlzələnin maqnitudası 4,9 olub, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın hiss olunub.

Mənbə: anews.az

Xəbər lenti

Qubada zəlzələ olub

Prezident fərman imzalayıb