Husilər Səudiyyə Ərəbistanında "Aramco"ya məxsus obyektə dronla zərbə endiriblər
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının Nəcran şəhərində Saudi Aramco şirkətinə məxsus obyektə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiklərini bildiriblər.Bu barədə husilərin nəzarətində olan SABA xəbər agentliyi qrupun hərbi mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Yəmənin Səada əyalətinin şimal-şərqində hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri və Saudi Aramco hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Mənbə: anews.az