Image

"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib

Nardaranda ayağı su nasosunda qalan azyaşlı ölüb.Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü A.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: anews.az

Xəbər lenti

Qubada zəlzələ olub

Prezident fərman imzalayıb