Memarlar İttifaqının sədri: Bakıda köhnə binalara toxunmaq olmaz fikri doğru deyil
Bakının görünüşü ilə bağlı ciddi dəyişikliklər qaçılmazdır və şəhərin siması zamanla yenilənəcək. Bunu anews.az-a açıqlamasında Azərbaycanın Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.
“Bakının görkəmi ilə bağlı ciddi dəyişikliklər var. İstədik-istəmədik, bu dəyişikliklər olacaq. Bakı öz simasını dəyişəcək, çünki şəhərlər də insanlar kimi qocalır və onların dəyişmə qabiliyyəti var. Bu gün guya özünü mütəxəssis hesab edən bəzi insanlar deyirlər ki, köhnə binalara toxunmaq olmaz. Xeyr, bu belə deyil. Zamanla insanların zövqü dəyişir", - o bildirib.
Memar bildirib ki, əgər söhbət möhtəşəm bir abidədən gedirsə, onu qorumaq lazımdır. Amma sıravi memarlıq nümunəsi olan, vaxtilə tikilmiş bir binadan danışırıqsa və o, bu gün istifadəyə yararsızdırsa, həmin bina sökülə bilər.
Gülnar Nazimqızı